"Barselona"nın 16 yaşlı ulduzu Ansu Fati İspaniya millisində oynayacaq.

FIFA gənc futbolçunun İspaniya yığmasında oynamasına icazə verib.

Qvineya-Bisauda doğulan vinger İspaniya pasportunu alıb və bu ölkənin yığmasını seçib. Onu yığmanın çalışdırıcısı Roberto Moreno milliyə dəvət edib.

"Barselona"nın yetirməsi bu mövsüm La Liqada 5 oyuna 2 qol vurub, 1 assist edib.